Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Xankəndi-Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları.[1]
Xankəndi-Laçın yolunda aksiyalar | |
---|---|
![]() | |
Yeri | |
![]() |
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu.[2]
Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı.[3] Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib.[4] Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər[5] və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi.[6] Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi[7] və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.[8]Bundan sonra Azərbaycan tərəfi etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılmasına başladı.[9] Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində Azərbaycan ordusunun Xankəndiyə hücuma hazırlaşdığını iddia edərək, beynəlxalq ictimaiyyətin buna ciddi yanaşmalı olduğunu açıqladı. Bundan sonra erməni mətbuatı Xankəndidə yaşayan ermənilərin geniş aksiyaya hazırlaşdığı barədə məlumatlar yayımladı. Bir qədər sonra Rusiya prezidenti Vladimir Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə həm də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsinə çıxdığı, Xankəndi-Laçın yolunda baş verənləri müzakirə etdiyi bildirildi. Erməni mətbuatında, Xankəndidəki ermənilərin də əraziyə gəlmək istədiyi, lakin polis tərəfindən qarşılarının kəsildiyi məlumatları yer aldı.
Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb etməyə davam etdilər.[10] Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başladı.[11] Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirməyə başladılar.[12] Sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot mülki aksiya keçirən etirazçıların narahatlığına səbəb oldu.[13] Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları ərazidə modul tipli kazarmalar quraşdırmağa və əraziyə işıq generatorları gətirməyə başladı.[14] Buna cavab olaraq, aksiyaçılar, "Əsgər Marşı" oxumağa başladılar.[15] Axşam saatlarına yaxın, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri ilə yanaşı, polislər də cəlb edildi. Aksiya iştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşıladı və "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Yaşasın Azərbaycan!" şüarları ilə aksiyanı davam etdirdilər.[16] Gecə saatlarına doğru aksiya iştirakçılarının sayı bir qədər də artdı.[17]
Havanınsoyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam etdi.[18] Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.[18] Aksiyaçıların Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşlarının da xidmət aparmasını tələb ediblər.[19] Etirazçılar Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.[19] Rusiya sülhməramlısının aksiyasının iştirakçısı ilə qısa dialoqunda "İnşallah, Qarabağ Azərbaycandır!" cümləsi diqqət çəkib.[19] Aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına məxsus avtomobil maneəsiz hərəkət edib.[19] Aksiyada "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndirilib.[19] Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.[19]
Etirazçılar ərazidə quraşdırılan çadırlarda gecələyiblər.[20] Əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib.[20] Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması ilə bağlı aksiyada "Mina terroruna son!" şüarını səsləndirilib.[20] Aksiya iştirakçıları növbəti dəfə humanitar mövqe nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.[20]
Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[21] Etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.[21] Onlar ərazidə şamlarla "Stop ekoterror" yazıblar. Dinc aksiyanın iştirakçıları "Stop ekoterror"yazısının ətrafında bayraqlarla durublar.[21] Rusiya sülhməramlılarının və aksiya iştirakçılarının dünya çempionatı oyununu izləməsi üçün ərazidə iri monitor quraşdırılıb.[22]
Etirazçılar və Rusiya sülhməramlıları Dünya Çempionatının Argentina və Fransa yığmaları arasındakı final oyununu monitordan izləyiblər.[23]
Ekofəallara dəstək olmaq məqsədilə mina terrorundan əziyyət çəkən vətəndaşlarımız da bu gün əraziyə gəliblər.[24]Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[24] Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.[24] Aksiyaya iştirakçıları "Azərbaycan oyaqdır, sərvəti də dayaqdır", "Ekoloji terrora son", "Ekoloji cinayətə son", "Stop terror", "Ekoloji terrora yox" şüarları səsləndiriblər.[24] Etiraz aksiyasının iştirakçıları tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndiriblər.[24]
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.[25]Etiraz aksiyasının iştirakçıları fləş-mob təşkil ediblər.[25]Aksiya iştirakçıları tərəfindən 884 ədəd Rubik kubundan ibarət olan "Save the ecology" yazılmış mozaik portret yığılıb.[25]Hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər.[25] Çəlləklərin içərisində isə tonqallar qalanıb.[25] Ərazidə havanın mənfi dörd dərəcə olmasına baxmayaraq aksiya davam etdi.[25]
Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqda davam etdi.[26] Gün ərzində dinc aksiya iştirakçıları davamlı olaraq vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ", "Xudayar" təsnifləri və digər mahnılar ifa etdilər.[26]
Etirazçılar günə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladılar. Qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan bildirdi ki, yolun bağlı olması yerli əhali üçün "humanitar fəlakəti" yaxınlaşdırır. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu məsələyə münasibətində isə, Laçın yolunda etirazların, humanitar böhran təhdidi yaratması ilə bağlı iddiaların heç bir əsası olmadığını və Azərbaycan hökumətinin erməni sakinlərin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan etdi.[27]
Etirazçılar səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" kimi şüarlar səsləndiriblər.[28] Aksiyaçılar tərəfindən səhər saatlarında 2 ədəd,[29] günorta saatlarında isə 17 ədəd Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.[30]
Gürcüstanda isə azərbaycanlı gənclər ermənilərin Azərbaycanın Qarabağ iqtisadi zonasının Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarına etiraz məqsədilə "Stop armenian ecocide" adlı aksiya keçiriblər. BMT-nin Tbilisidəki nümayəndəliyi qarşısında təşkil olunan aksiya Marneulidə fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkilatçılığı, "Alyans" Gənclər Mərkəzinin və Marneulidəki "Çay Evi"nin dəstəyi ilə reallaşıb. Aksiyada 150-dən çox gənc iştirak edib.[31]
Sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov ekofəalların qarşısına çıxmasa da erməni seperatçılarla danışıqlara başlayıb.[32]
Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[33] Aksiya ərazisində Yeni il münasibətilə şam ağacı quraşdırılıb.[33]
Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.[34]Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyasının ərazisində bayram konserti keçirilib.[34]
Aksiya başlayandan 7 yanvar tarixinə qədər 330-u Rusiya sülhməramlı kontingentinə məxsus, 3-ü təcili tibbi yardım və 31-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin olmaqla cəmi 364-dü avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.[35]
Azərbaycan mediasında sülhməramlıların yerli əhali üçün ərzaq daşıdığı, ermənilərin verdiyi məlumata cavab olaraq 120 min yox, 15-20 min əhalinin Xankəndində olduğu iddiaları irəli sürüldü.[36]
Dağlıq Qarabağ — Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyan bildirib ki, "Azərbaycanın aqressiv davranışı, onun vasitəsilə əhalimizi terrora salması son dərəcə qəbuledilməzdir."[46][47][48]