Pulsuz Mobil Portal!

Vikipediya:Kömək - Wikipedia

Mündəricat

  • 1 Birinci addım. Məqalənin mövzusunu müəyyənləşdirin
  • 2 İkinci addım. Belə bir məqalənin mövcud olub-olmadığını yoxlayın
  • 3 Üçüncü addım. Məqalə yaradın
  • 4 Dördüncü addım. Məqaləni düzgün başlayın
  • 5 Beşinci addım. Məqalənin məzmununun yazılması
  • 6 Altıncı addım. İstifadə etdiyiniz mənbəni qeyd edin
  • 7 Yeddinci addım. Məqaləni kateqoriyalaşdırın
  • 8 Səkkizinci addım. Məqaləyə interviki linklərin artırılması
  • 9 Unutmayın

Birinci addım. Məqalənin mövzusunu müəyyənləşdirin

Sizə maraqlı olan mövzuda məqalə yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.

İkinci addım. Belə bir məqalənin mövcud olub-olmadığını yoxlayın

Sizin tərəfinizdən seçilmiş başlığı axtarış sətrinə daxil edin və axtar düyməsinə basın. Axtarışın nəticələrini keçidlər şəklində görəcəksiniz. Əgər Sizi maraqlandıran mövzuda məqalə artıq varsa, həmin keçid vasitəsilə məqaləyə keçin və "redaktə et" düyməsinə basın. Qarşınızda redaktə üçün tam hazır məqalə görəcəksiniz.

Üçüncü addım. Məqalə yaradın

Yox, əgər sizi maraqlandıran mövzuda məqalə yoxdursa, deməli, onu yaratmaq lazımdır. Bunun üçün məqalənin adını sağdakı axtarış qutusuna yazın, sonra isə lupa düyməsini basın. Açılmış səhifədə sizə bu başlıq altında məqalə yaratmaq təklif olunacaq, həmin yazını basın və məqalənin yazılması səhifəsinə keçin. Beləliklə, siz öz birinci səhifənizi yazmaq üçün hazırsınız.

Dördüncü addım. Məqaləni düzgün başlayın

Vikipediyada məqalələr məqalə başlığının təkrarlanmasıyla və məqalənin predmetinin açıqlanmasıyla başlayır. Məsələn, "Blek Metal – musiqi stili", "Xaç atası – məşhur ABŞ filmi". Mötərizədə terminin kökü haqqında məlumat verilə bilər. Şəxslər haqqında məqalələrdə mötərizə içərisində addan sonra anadan olduğu və öldüyü illər yazılmalıdır. Məsələn, Lui Jan Lümyer (fr. Louis Jean Lumière; 5 oktyabr 1864, Bezanson — 6 iyun 1948, Bandol) — kinematoqrafın icadçısı.

Beşinci addım. Məqalənin məzmununun yazılması

Məsləhətdir ki, məqalənin ilkin həcmi 500 işarədən az olmasın. Məqalələrin yazı stili elmi-bədii olmalıdır. Həmçinin məqalələri yazarkən iki ümumvikipediya (əslində beşdir, lakin Siz yeni olduğunuz üçün hələlik ikisi deyilir) prinsipinə ciddi şəkildə əməl etmək lazımdır:

  1. Yazılmış məqalənin neytrallığı prinsipi - Bu prinsipə əsasən, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalı, heç bir subyektiv fikir əks etdirməməlidir. Əgər bir fikir ətrafında bir neçə versiya varsa onda bütün versiyalar bərabər şəkildə əks olunmalıdır.
  2. Müəllif hüquqlarının qorunması. Viki-cəmiyyətin əsas məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının yaradılmasıdır. Buna görə də Vikipediyaya müəlliflik hüquqları ilə qorunmuş mətn, şəkil və ya media faylların əlavə olunması qəti qadağandır. Yox əgər siz mənbənin müəlliflik hüquqları ilə qorunub-qorunmadığını bilmirsinizsə, onda bu cür mənbədən istifadə etməkdən çəkinin.

Altıncı addım. İstifadə etdiyiniz mənbəni qeyd edin

  Əsas məqalə: Vikipediya:Etibarlı mənbələr

Məqalənin məzmununu qeyd etdikdən sonra Mənbə adında bölüm yaradın və ora istifadə etdiyiniz bütün çap materiallarının (kitab, qəzet və s.), müəlliflərin, nəşriyyatların adlarını, çap ilini və s. bu kimi parametrləri qeyd edin. Daha sonra Həmçinin bax adlı bölüm yaradın və orada Vikipediya daxilində məqaləyə yaxın məzmunlu digər məqalələrin adlarını göstərin. Ən sonda Xarici keçidlər adlı bölüm yaradın. Bura isə internetdə mövzu ilə əlaqədar istənilən səhifələri göstərə bilərsiz. Bir şərtlə ki, göstərilən linklər Spam olmasın. Spam səhifədən dərhal silinəcək, istifadəçiyə isə müəyyən məhdudiyyətlər qoyula bilər.

Yeddinci addım. Məqaləni kateqoriyalaşdırın

Axtarışda asanlıq təşkil eləsin deyə, xarici keçidlərdən sonra bir sətr boş qoyaraq məqalənizin daxil olduğu kateqoriyaların siyahısını göstərin: [[Kateqoriya:Avropa paytaxtları]][[Kateqoriya:Müharibələr]] və s.

Səkkizinci addım. Məqaləyə interviki linklərin artırılması

Vikipediya yalnız Azərbaycan dilində mövcud deyildir. Vikipediya dünyanın onlarca müxtəlif dillərində mövcud olan beynəlxalq ensiklopediyadır. İnterviki linklərin artırılmasında əsas məqsəd onlar arasında əlaqə yaratmaqdır. Öz məqalənizin adını bacarsanız ingilis dilinə tərcümə edin və həmin məqaləni ingilis vikipediyasında tapın.

Biz əminik ki, Sizdə hər şey alınacaq! Uğurlar.

Unutmayın

  • Vikipediyada reklam xarakterli məqalələr yaratmaq və ya mövcud məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
  • Əgər məqalədə məzmun səhvi tapmısınızsa, əvvəlcə bunu həmin məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın, daha sonra redaktəyə başlayın.
  • Məqalələr Azərbaycan dilində və elmi-bədii üslubda yazılmalıdır. Vikipediya ensiklopediya olduğuna görə burada mətbuat üslubunda məqalə yazılmasına yol verilmir.
  • Məqaləni redaktə edərkən Azərbaycan dilinin orfoqrafiya qaydalarına ciddi şəkildə əməl edin, heç bir ləhcədən və ya şivədən istifadə etməyin.
 
Vikipediya qaydaları və təlimatları
  • Beş əsas prinsip
Məzmun
Q
  • Yoxlanılabilərlik
  • Orijinal tədqiqata yol verməmək
  • Neytral mövqe
    • Vikimübaliğə
  • Vikipediya nə deyil?
    • Lüğət deyil
    • Kağız ensiklopediyası deyil
  • Yaşayan insanların bioqrafiyası
  • Müəlliflik hüquqları (Müəlliflik hüquqları pozuntuları)
  • Şəklin istifadə qaydası
  • Məqalə adları
T
  • Ensiklopedik əhəmiyyətlilik
    • Şəxslər
  • Avtobioqrafiya
  • İstinad göstərmə
  • Etibarlı mənbələr
    • Tibb
  • Plagiat
  • Saxtakarlıqla məşğul olmayın
  • Marjinal teoriyalar
  • Patent cəfəngiyyatı
  • Xarici keçidlər
 
Davranış
Q
  • Nəzakət
  • Konsensus
  • İstifadəçiləri narahat etməyin
  • Vandalizm
  • Heç bir qaydaya məhəl qoymayın
  • Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir
  • Məqalələrin mülkiyyəti
  • müharibəsi
  • Mübahisələrin həlli
  • Kuklalar
  • Burada ensiklopediyanı genişləndirmək üçün olmaq
  • Qanunla təhdid olmaz
  • Uşaqların qorunması
  • Ödənişli redaktorluq
T
  • Xoş niyyətli olduğunuzu göstərin
  • Maraqların toqquşması
  • Dağıdıcı fəaliyyət
  • Absurd olmayın
  • Etiket
  • Sistemlə oynamaq
  • Yeni istifadəçilərə ilişməyin
  • Yoxa çıxmaq hüququ
  • Zərərverici təhdidlərə cavab
  • Müzakirə səhifəsi
    • İmza istifadəsi
Silmə
Q
  • Səhifə silmə
  • Silinmə təklifi
    • Yaşayan insanların bioqrafiyaları
  • Sürətli silmə kriteriyaları
  • Hücum səhifəsi
  • Gizlədənlər
  • nin silinməsi
Qaydaların tətbiqi
Q
  • İnzibatçılar
  • Qadağan olunma qaydaları
  • Bloklama qaydaları
  • Səhifələrin mühafizəsi
lər
Q
  • qaydaları
T
  • Məqalə ölçüsü
  • Cəsur ol!
  • Dəqiqləşdirmə
  • Başlıq bildirişləri
  • Xüsusi məqalələr başa düşülən olmalıdır
Stil
  • Stil kitabçası
    • Məzmun
  • Əlyetərlilik
  • Tarixlər və rəqəmlər
  • Şəkillər
  • Tərtibat
  • Giriş bölməsi
  • Daxil keçidlər
  • Siyahılar
  • Qeyri-müəyyən ifadələrdən çəkinin
  • Anime və manqa məqalələri
Təsnifat
  • Kateqoriyalar, siyahılar və naviqasiya şablonları
  • Kateqoriyalaşdırma
  • Şablon ad fəzası
Mübahisələr
Q
  • Üç dəfə geri qaytarma qaydaları
  • Təftişçilər
T
Mübahisələrin həlli
  • Səhifələrin qismən mühafizə olunması
  • İnzibatçılara müraciət
  • Bürokratlara müraciət
  • Səsvermə keçirilməsi
Arbitraj Komitəsi
  • AK-ya müraciət
    • Müraciət forması
    • Ərizələr
  • AK qərarları
    • Dayandırılmış ərizələr
Layihə məzmunları
Q
  • İnzibatçılar
  • Qadağan olunma qaydaları
  • Bloklama qaydaları
  • Səhifələrin mühafizəsi qaydası
  • IP blokdan azad olma
Səsvermə
T
  • Vikipediya qaydaları ilə əlaqədar səsvermə
  • Arbitraj Komitəsinin seçilmə qaydaları
  • İnzibatçıların və bürokratların seçilməsi qaydaları
  • Bürokrat statusu
  • Səsvermə
  • Səs ovçuluğu
VMF;
Q
  • İstifadə Şərtləri
  • Qaydaların siyahısı
  • Səmimi mühit siyasəti
  • Lisenziyalaşdırma və müəllif hüquqları
  • Gizlilik siyasəti
  • Qayda və təlimatların siyahısı
    • Q: Qaydaların siyahısı
    • T: Təlimatların siyahısı
  • Prinsiplər
Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Kömək:İlk_məqaləniz&oldid=6838320"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com