Pulsuz Mobil Portal!

Vikipediya:Həftənin Seçilmiş Məqaləsi/mart 2023 - Wikipedia

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2012: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2013: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2014: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2022: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


Bu gün 25 mart 2023, Şənbə (İlin 12-ci həftəsi); saat 04:55 (UTC)


Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr
10. Həftə
Liverpool Street Station (2014) - 04.JPG
Kindertransport əməliyyatı — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatıdır. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı.

Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


11. Həftə
Nizami divanının Azərbaycan dilində nəşrinin üz qabığı.jpg
Nizami Gəncəvinin divanı — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.

Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


12. Həftə
Abbas II of Persia.jpg
II Abbas — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır.

Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir. Bu münaqişə 1651–1653-cü illərdə baş vermişdir. Müharibənin əsas hadisəsi Terek çayının Səfəvi torpaqlarına tərəf olan sahillərində inşa edilmiş rus qalalarının sökülməsi olmuşdur. Abbas həmçinin 1659–1660-cı illərdə baş vermiş gürcü üsyanını da yatırmağı bacarmışdır. Üsyan nəticəsində Abbas V Vaxtanqı kral olaraq tanısa da, üsyan rəhbərlərini edam etdirmişdir.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


13. Həftə

Vikipediya:Həftənin seçilmiş məqaləsi/13. Həftə 2023
bax – müzakirə et – redaktə et – tarixçə


Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/mart_2023&oldid=6912829"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com