Pulsuz Mobil Portal!

Vikipediya:Bilirsinizmi/yanvar 2023 - Wikipedia

Bilirsinizmi arxivi


2014: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2022: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr

Bu gün 26 yanvar 2023, Cümə axşamı (İlin 4. həftəsi); bu an saat 12:08 UTC


Keşi təmizlə

1. Həftə

Vikipediya məqalələrindən

Şamaxı rəqqasələri
  • XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.
  • İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx donanmasında sualtı qayıq komandiri kimi xidmət etmiş və müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran, daha 24 gəmisini zədələməklə sıradan çıxaran, "Dəmir xaç" ordeni kavaleri Viktor Ern 1907-ci ilin 21 oktyabrında Gədəbəydə anadan olmuşdur.
  • "I" əməliyyatı və Şurikin digər macəraları filmində rol almış yeganə azərbaycanlı Hüseyn Axundovdur. Hüseyn Axundov Mosfilmdə tam ştata götürülmüş yeganə azərbaycanlı kimi də tarixə düşüb.
  • Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.
Arxiv – Digərləri...


bax – müzakirə et – redaktə et – tarixçə


2. Həftə

Vikipediya məqalələrindən

Bəbir
  • Azərbaycan yazıçısı Şıxəli Qurbanov (şəkildə) 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olsa da, bir aydan sonra Sovet hakimiyyəti tərəfindən qətlə yetirilmişdir.
  • 1990-cı illərdə tikilən Bibiheybət məscidi Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı II Fərruxzad tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır.
  • Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin ilk sevgilisi Gəncəli İbrahim xanın qızı Noxbikə idi.
  • Qrenlandiyanın adı iki dan sözündən - "grøn" (yaşıl) və "land" (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir.
  • ABŞ prezidenti Con Kennedi Amerika futbolu oynayarkən belini zədələmişdi.
Arxiv – Digərləri...


bax – müzakirə et – redaktə et – tarixçə


3. Həftə

Vikipediya məqalələrindən

Bəbir
  • Tivoli bağları Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır.
  • Rəssam Everett Şinnin həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.
  • 1870-ci ildə Fransa-Prussiya müharibəsinin başlaması ilə əlaqədar 30 yaşlı heykəltəraş Ogüst Roden (şəkildə) Milli Qvardiya polkuna səfərbər edilmiş, kapral rütbəsinə qədər yüksəlməyi bacarmışdır.
  • Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
  • 1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Naqrelanın öldürülməsindən sonra başlamışdır.
Arxiv – Digərləri...


bax – müzakirə et – redaktə et – tarixçə


4. Həftə

Vikipediya məqalələrindən

Benny Benson holding the flag of Alaska that he designed.jpg
  • Azərbaycan geoloqu Fərman Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etdiyi üçün 2019-cu ildə Rusiyanın Surqut hava limanına onun adı verilib.
  • Böyük Britaniyanın Yaponiyadakı ilk nümayəndəsi olmuş Rezerford Alkok Fuci dağına dırmaşmış ilk qeyri-yapon şəxs olmuşdur.
  • Daima donuşluq səbəbindən çürüməyən cəsədlər ağ ayıların diqqətini cəlb etdiyinə görə Norveçin Lonqyirbyuen şəhərində ölmək qadağan olunub.
  • Kanadada yerləşən Yatkayed gölüdəki adanın gölündəki adanın gölündəki adanın gölündə ada var və bu xüsusiyyətə malik dünyadakı yeganə yerdir.
  • Alyaska bayrağının yaradıcısı Benni Benson (şəkildə) 1927-ci ildə Alyaska ərazisi üçün keçirilən bayraq müsabiqəsində qalib gələrkən cəmi 13 yaşında idi və işi 700-dən çox nümunənin arasından seçilmişdi.
Arxiv – Digərləri...


bax – müzakirə et – redaktə et – tarixçə


5. Həftə

Vikipediya:Bilirsinizmi/5. Həftə 2023
bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Vikipediya:Bilirsinizmi/yanvar_2023&oldid=6822624"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com