Pulsuz Mobil Portal!

Uruqvay çayı - Wikipedia

Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay.

Uruqvay çayı
isp. Río Uruquay
Atardeceruruguayrio.JPG
Ölkələr
  •  Braziliya
  •  Argentina
  •  Uruqvay
Şəhərlər
  • Salto
  • Konkordiya
Mənbəyi Pelotas çayı və Kanoas çayı
 • Yüksəkliyi 1800 m
Mənsəbi Atlantik okeanı
 • Yüksəkliyi 0 m
Uzunluğu 1600 km
Su sərfi 4,622 m³/s
Su hövzəsi 365,000 km²
Hövzəsinin sahəsi 365.000 km²
Qolları İbikui və Rio-Neqro çayı
Uruqvay çayı (Cənubi Amerika)
Blue 0080ff pog.svg
mənbəyi
Blue pog.svg
mənsəbi
Parana çayı Cənubi Amerikanın fiziki xəritəsində:

Blue 0080ff pog.svg 27°36′30″ c. e. 51°27′21″ q. u.

Blue pog.svg 33°56′45″ c. e. 58°24′34″ q. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır).

Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir.

Uzunluğu təxmini 1600 km[1] (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km²[2] təşkil edir. Mənsəbdə eni 12 km çatır.

Əsas qolları — İbikui və Rio-Neqro çayıdır.

Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir. Şəhərdən aşağı axarlarda isə çay gəmiçilik üçün əlverişlidir[3]. Əsas limanları: Konkordiya (Argentina), Salto, Paysandu və Fray-Ventos (Uruqvay). Bu çay sistemləri həm ölkələrin su təhcizatında həm də hidroeneji alınmasında istifadə edilir. Ən iri hidroelektrostansiya Argentina-Uruqvay SES "Salto-Qrande" adlanır. Rio-Neqroda çayı üzərində — Rinkon-del-Bonete və Rinkon-del-Bayqorriya stansiyaları vardır.

İstinadlar

  1. ↑  (ing.) "Río de la Plata". Encyclopædia Britannica. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2010.
  2. ↑  (ing.) Varis, Olli; Tortajada, Cecilia; Biswas, Asit K. Management of Transboundary Rivers and Lakes. Springer. 2008. səh. 272. ISBN 9783540749264.[ölü keçid]
  3. ↑ "Ölkələr və xalqlar: Cənubi Amerika", Moskvа, "Fikir", 1983, səh. 212
Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Uruqvay_çayı&oldid=6154456"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com