Pulsuz Mobil Portal!

Monqol İmperiyası - Wikipedia

Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir.
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası[1] — XIII əsrdə yaranmış monqol imperiyası.

Их Монгол Улс
Monqol İmperiyası
1206–1368
Monqol İmperiyası bayrağı
Flag of the Mongol Empire 3.png
Böyük Monqol İmperiyası bayraqları
Soyombo
Gerb
Mongol Empire (greatest extent).svg
StatusuXaqanlıq
PaytaxtıAvarqa (1206-1235),
Qaraqorum (1235-1260),
Xanbalıq (1271-1368)
Ən böyük şəhəriSəmərqənd , Xanbalıq, Bağdad
Rəsmi dilləriMonqol dili , türk dilləri, Çin dili, fars dili
Dini
buddizm,
şamanizm,
Tenqriçilik,
İslam,
xristianlıq
Demonim(lər)iMonqol, Türk və s.
İdarəetmə formasıSeçmə monarxiya
SülaləÇingizlilər
Xan, xaqan, kağan 
• 1206-1227
Çingiz xan
• 1227-1241
Ögedey xan
• 1241-1248
Güyük xan
• 1248-1259
Münke xan
• 1259-1264
Arıqbuka xan
• 1264-1271
Xubilay xan
Tarixi 
• Yaranması
1206
• Süqutu
1368
Ərazisi
• Ümumi
38.000.000 km²
Əhalisi
• Təxmini
monqollar, farslar, türklər, çinlilər, ərəblər
ValyutasıÇao , dirhəm
Sələfi
Xələfi
Xarəzmşahlar dövləti
Qaraxitaylar dövləti
Si Sya
Abbasilər
Kiyev Rus dövləti
Sun imperiyası
İdil bulqarları
Kimək xaqanlığı
Qızıl Orda
Elxanilər dövləti
Teymurilər dövləti
Yuan sülaləsi
Monqolustan tarixi
Monqolustanın gerbi
Bu məqalələr ölkə seriyasındandır
Qədim tarix
Böyük Hun İmperiyası
Xianbei dövləti
Jujan xaqanlığı
Göytürk xaqanlığı
Uyğur xaqanlığı
Orta əsrlər
Yenisey qırğızları
Kidan
Xamaq Monqol
Böyük Monqol imperiyası
Yuan
Şimali Yuan
Monqolustan Tzin sülaləsinin tərkibində
Müasir tarix
Monqolustan Xalq Respublikası
Monqolustan

Monqolustan portalı
  • b
  • m
  • r

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Cuci xanın dövlətindən törəyən ölkələr
  • 2 Monqol İmperiyasının hökmdarları
  • 3 Qalereya
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Tarixi

XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.

XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.

Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.

1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.

Cuci xanın dövlətindən törəyən ölkələr

  • Qızıl Orda xanlığı
  • Toğa Teymur xan sülalesi
    • Krım xanlığı
    • Qazan xanlığı
      • Qasım xanlığı
    • Həştərxan xanlığı
    • Qazax xanlığı
    • Noğay Orda — Cuci ailəsinə xidmət edən mangitlər
    • Sufi sülaləsi — Cuci ailəsinə xidmət edən kongiratlar
  • Şeyban xan sülaləsi
    • Sibir xanlığı
    • Şeybani xanlığı
    • Buxara xanlığı
    • Xivə xanlığı
    • Kokand xanlığı
    • Buxara əmirliyi

Cığatayın dövlətindən törəyən ölkələr

  • Cığatay xanlığı
    • Qərbi Cığatay xanlığı
      • Monqolustan xanlığı — Çığatayın sülaləsindən Tuğluk Timurun oğulları
      • Qaşgar xanlığı — Monqolustan xanının sülaləsindən
    • Qərbi Çağatay xanlığı
      • Böyük Teymur İmperiyası — Cığatay ailəsinə xidmət edən barlaslar
        • Böyük Moğol İmperiyası

Tulunun dövlətindən törəyən ölkələr

  • Yuan sülaləsi \ Şimali Yuan — Tulunun ikinci oğlu Kubilayın oğulları
    • Oyrat — Tulunun ailəsinə xidmət edən oyratlar
      • Cungar — Oyratların cunqar qolu
  • Elxanilər dövləti — Tulunun üçüncü oğlu Hülakünun oğulları
    • Cəlayırlar sülaləsi — Tulunun ailəsinə xidmət edən cəlayırlar

Monqol İmperiyasının hökmdarları

  1. Çingiz xan (1205-1227)
  2. Ögedey xan (1229-1241)
  3. Güyük xan (1246-1248)
  4. Möngke xan (1251-1259)
  5. Arıq Buğa xan (1259 - 1264)
  6. Kubilay xan (1260 (de-fakto - 1264)-1294)

Qalereya

  •  

    Bayrağı

  •  

    Bayrağı

  •  

    Bayrağı

  •  

    Xaqanlığın yaranması, çiçəklənməsi və parçalanması

  •  

    İmperiyanın ən geniş sərhədləri

  •  

    Münke xaqan dövründə Monqol İmperiyası

  1. ↑ Монгол феодал империјасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 44.

Xarici keçidlər

  Vikianbarda Monqol imperiyası ilə əlaqəli mediafayllar var.
  • Завоевание Руси татаро-монголами. Интерактивная карта

Həmçinin bax

  • Çingiz xan

İstinadlar

Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Monqol_imperiyası&oldid=6934195"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com