Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır.
Farer Adaları | |
---|---|
Himni: Tú alfagra land mítt | |
![]() | |
Paytaxtı və ən böyük şəhəri | Torshavn -12,3 min nəfər (2012-ci il) |
Rəsmi dilləri | Farer dili Danimarka dili |
Etnik qrupları | farerlilər |
Rəhbərlik | |
• Kraliça | Margarethe II |
Lene Moyel Yohansen (2017~ ) | |
Barur a Stay Nilsen (2019~ ) | |
Tarixi | |
• Yaranması | 1 aprel 1948 |
Ərazisi | |
• Ümumi | 1399 (180-ci yer) |
• Su (%) | 0,5 |
Əhalisi | |
• 2015 təxmini | 49 min (210 yer) |
• 1977 siyahıya alma | 41 969 |
• Sıxlıq | 35/km2 (90.6/kv. mil) |
ÜDM (AQP) | 2010 təxmini |
• Ümumi | 1 470 million (197) |
• Adam başına | 30 500 (49) |
Valyutası | Danimarka kronası Farer kronası |
Telefon kodu | 298 |
İnternet domeni | .fo |
Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir.
Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir.
Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Əhalisi 48,5 min nəfərdir (2011-ci il siyahıya alınmasına görə). Əsas dil - Farer dilidir.
Əhalinin yaş tərkibi: 0-14 yaş: 20,6% (qadınlar - 4882, kişilər - 4904 nəfər);
15-64 yaş -65,3% ( qadınlar - 16 353, kişilər - 14668 min nəfər);
65 yaş və daha yuxarı - 14,1% (kişilər - 3041 nəfər, qadınlar - 3663 nəfər).
Orta yaş - 35 yaş: Kişilər üçün - 34,8 yaş, qadınlar üçün - 35,3 yaş.
Orta hesabla uzunömürlülük - 79,49 yaş, Kişilər üçün - 76,06 yaş, qadınlar-82,93 yaş.
1 qadına düşən uşaq sayı - 2,15 uşaq
Əmək qabiliyyətli əhalinin sayı - 24760 nəfər.
Farer arxipelaqına 18 iri ada, çoxlu xırda adalar və qayalıqlar daxıldir.
Farer adaları 6 regiona (farer dilində: sisla, bundan sonra Sisla)) və 34 kommunaya bölünür, 2008-ci ilə qədər 7 seçki dairəsinə bölgü də mövcud olmuşdur. Sislalar 120 şəhərə və kommunaya bölünür. Sislalar yerli idarəetmə strukturlarına malik deyildir, mərkəzi hakimiyyəti sislalarda rəsmi dövlət nümayəndələri - siselmanlar təmsil edirlər.