Pulsuz Mobil Portal!

Daşkəsən - Wikipedia

Bu adın digər istifadə formaları üçün bax: Daşkəsən (dəqiqləşdirmə).

Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər.[2]

Daşkəsən
Montage of Daşkəsən 2019.jpg
40°31′15″ şm. e. 46°04′53″ ş. u.
Ölkə
  •  Azərbaycan
Başçı Əhəd Abıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 10.566 nəf. (2009)[1]
Daşkəsən xəritədə
Daşkəsən
Daşkəsən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 Tanınmış şəxsləri
  • 11 Şəkillər
  • 12 İstinadlar
  • 13 Xarici keçidlər
  • 14 Həmçinin bax

Toponimikası

Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır.[3]

Tarixi

İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı.[4] 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

Tarixi abidələri

Daşkəsən şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4180 Körpü[5] Qeyd olunmayıb Daşkəsən şəhəri Memarlıq Yerli
5631 Böyük Vətən müharibəsində həlak olmuş
həmvətənlərimizin xatirə abidəsi[6]
Qeyd olunmayıb Daşkəsən şəhəri Monumental və xatirə Yerli

Coğrafiyası və iqlimi

Şəhər Qoşqar çayının sol sahilində, dağlıq ərazidə, dəniz səviyyəsindən 1600 metr hündürlükdə, Gəncə şəhərindən 43 kilometr, Bakı şəhərindən isə 406 kilometr məsafədə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 9364 4527 4837
2009[8] ↗10566 ↗5141 ↗5425

İqtisadiyyatı

Mədəniyyəti

Şəhərdə Mərkəzi Kitabxana və 1 №-li şəhər kitabxanası, Daşkəsən şəhər Uşaq İncəsənət Məktəbi, Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, Daşkəsən Dövlət Rəsm Qalereyası,[9] Daşkəsən şəhər 2 saylı uşaq bağçası, Daşkəsən şəhər uşaq, gənclər və idman məktəbi,[10] Daşkəsən Rayon Mədəniyyət Mərkəzi[11] fəaliyyət göstərir.

Şəhərin kənarında mərmər ocağı, içində Böyük Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş xatirə abidəsi, tarixi körpü mövcuddur.[12]

Təhsil

Şəhərdə Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəb, Daşkəsən şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəb və Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəb fəaliyyət göstərir.[13]

Din

Şəhərdə 16 iyul 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-442 olan Daşkəsən şəhəri "Cümə" məscidi məscidi dini icması fəaliyyət göstərir.[14]

Səhiyyə

Şəhərdə Daşkəsən Rayon Mərkəzi Xəstəxanası yerləşir.[15]

Tanınmış şəxsləri

  • Arzu Zeynalov — Vətən müharibəsi şəhidi
  • Asif Tağıyev — Vətən müharibəsi şəhidi

Şəkillər

  •  

    Futbol meydançası

  •  

    Daşkəsən şəhər avtovağzalı

  •  

    Gənclər mərkəzi

İstinadlar

  1. ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. ↑ Daşkəsən // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 152. ISBN 978-9952-34-155-3.
  4. ↑ "Azərbaycanda dəmir filizi yataqları bazasında metallurgiya kompleksi yaradılır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  5. ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
  6. ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 142" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
  7. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  8. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
  9. ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  10. ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  11. ↑ "Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
  12. ↑ "Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
  13. ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  14. ↑ "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 22" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-09.
  15. ↑ "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

Həmçinin bax

Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Daşkəsən&oldid=6945391"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com