Pulsuz Mobil Portal!

2023 - Wikipedia

2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir.

2023 digər təqvimlərdə
2023
MMXXIII
Bəhai 179 – 180
Benqal 1430
Berber 2973
Myanma 1385
Bizans 7531 – 7532
Buddist 2567
Erməni 1472
ԹՎ ՌՆՀԲ
Efiopiya 2015 – 2016
Hicri 1444 – 1445
Hind
 - Vikram-samvat 2079 – 2080
 - Şaka samvat 1945 – 1946
Holosen təqvimi 12023
Yəhudi 5783 – 5784
İran 1401 – 1402
Qibti 1739 – 1740
Koreya 4356
Tailand günəş 2566
  • b
  • m
  • r

Mündəricat

  • 1 Hadisələr
    • 1.1 Yanvar
  • 2 Proqnozlaşdırılan və planlaşdırılan hadisələr
    • 2.1 Yanvar
    • 2.2 Fevral
    • 2.3 Mart
    • 2.4 Aprel
    • 2.5 May
    • 2.6 İyun
    • 2.7 İyul
    • 2.8 Avqust
    • 2.9 Sentyabr
    • 2.10 Oktyabr
    • 2.11 Noyabr
    • 2.12 Dekabr
    • 2.13 Tarixi məlum deyil
  • 3 Doğumlar
  • 4 Vəfatlar
    • 4.1 Yanvar
  • 5 Həmçinin bax

Hadisələr

Yanvar

 
XVI Benediktin dəfn mərasimi
 
Braziliya Milli Konqresinə hücum
  • 1 Yanvar
    • Xorvatiya avronu qəbul etdi və Şengen zonasına qoşuldu. Xorvatiya bununla Avrozonanın 20-ci və Şengen zonasının isə 27-ci üzvü olur
    • Luis İnasiu Lula da Silva 39-cu Braziliya Prezidenti olaraq vəzifəyə başladı
  • 5 Yanvar — Vatikanda Müqəddəs Pyotr meydanında Papa XVI Benediktin dəfn mərasimi keçirildi
  • 8 Yanvar
    • COVID-19 pandemiyası: Çin 2020-ci ilin mart başlayan səyahət məhdudiyyətlərinin sona çatdığını elan etdi və sərhədlərini beynəlxalq ziyarətçilər üçün yenidən açdı
    • 2023 Benin Parlament seçkiləri
    • Braziliya Milli Konqresinə hücum: Keçmiş Braziliya Prezidenti Jair Bolsonarunun tərəfdarları "Prasa dus Tres Poderes"də (Üç Qüvvət Meydanı) yerləşən Braziliya Milli Konqresi, Ali Federal Məhkəmə və Planaltu Prezident Sarayına hücum etdi
  • 9 Yanvar — Peru etirazları: Perunun Xulyaka şəhərində hökumət əleyhinə aksiyalar zamanı polis etirazçılara atəş açdı, Xulyaka qətliamı törədildi. Nəticədə 18 nəfər öldürüldü və 100-dən çox insan yaralandı
  • 13 — 14 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (I tur)
  • 15 Yanvar — Yeti Airlines şirkətinin 691-ci reysi Nepalın Pokhara şəhəri yaxınlığında qəzaya uğradı. 68 şərnişin və 4 ekipaj üzvü həlak oldu
  • 15 Yanvar — 15 Aprel — Expo 2023 (Buenos-Ayres, Argentina)
  • 16 Yanvar — Ən çox axtarılan italyan mafiya başçısı Matteo Messina Denaro Siciliya adasının Palermo şəhərində həbs olundu
  • 18 Yanvar
    • 2023 Antiqua və Barbuda Ümumi seçkiləri: Antiqua və Barbuda Leyborist Partiyası lideri Qaston Braun 47,06% səs ilə yenidən Baş nazir seçildi
    • Brovarı helikopter qəzası: Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində ölkənin daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 14 nəfər həlak oldu
  • 20 Yanvar — 2023 Trinidad və Tobaqo Prezident seçkiləri: Kristin Kanqalu Nümayəndələr Palatası tərəfindən 48 səs çoxluğu ilə (68,57%) Prezident seçildi

Proqnozlaşdırılan və planlaşdırılan hadisələr

Yanvar

  • 27 — 28 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (II tur)

Fevral

  • 1 — 11 Fevral — 2022 FIFA Klublararası Dünya Çempionatı (Mərakeş)
  • 5 Fevral — 2023 Kipr Prezident seçkiləri (I tur)
  • 12 Fevral — 2023 Kipr Prezident seçkiləri (II tur)
  • 25 Fevral — 2023 Nigeriya Ümumi seçkiləri

Mart

  • 5 Mart — 2023 Estoniya Parlament seçkiləri

Aprel

  • 2 Aprel — 2023 Finlandiya Parlament seçkiləri
  • 30 Aprel — 2023 Paraqvay Ümumi seçkiləri

May

  • 6 May — Böyük Britaniya kralı III Karl və kraliça-konsort Kamillanın paytaxt London şəhərində, Vestminister abbatlığında tacqoyma mərasimi keçiriləcək
  • 7 May — 2023 Tailand Ümumi seçkiləri
  • 9 — 13 May — 2023 Avroviziya Mahnı Müsabiqəsi (Liverpul, Böyük Britaniya)
  • 12 — 28 May — 2023 Buz Xokkeyi Dünya Çempionatı (Finlandiya) (Latviya)
  • 20 May — 11 İyun — 2023 FİFA U-20 Dünya Çempionatı (İndoneziya)

İyun

  • 16 İyun — 16 İyul — 2023 AFK Asiya Kuboku (Qətər)
  • 18 İyun — 2023 Türkiyə Ümumi seçkiləri
  • 21 İyun — 2 İyul — III Avropa Oyunları (Krakov, Polşa)
  • 25 İyun — 2023 Qvatemala Ümumi seçkiləri

İyul

  • 20 İyul — 20 Avqust — 2023 FİFA Qadınlararası Dünya Kuboku (Avstraliya) (Yeni Zelandiya)
  • 23 İyul — 2023 Kamboca Ümumi seçkiləri
  • 28 İyul — 6 Avqust — 2023 Netbol Dünya Kuboku (Keyptaun, CAR)

Avqust

  • 25 Avqust — 10 Sentyabr — 2023 FİBA ​​Basketbol Dünya Kuboku (Flippin) (Yaponiya) (İndoneziya)

Sentyabr

  • 8 Sentyabr — 28 Oktyabr — 2023 Reqbi Dünya Kuboku (Fransa)
  • 23 Sentyabr — 8 Oktyabr — 2022 Asiya Oyunları (Xançjou, Çjetszyan, ÇXR)

Oktyabr

  • 8 Oktyabr — 2023 Lüksemburq Ümumi seçkiləri
  • 20 Oktyabr — 5 Noyabr — 2023 Panamerika Oyunları (Santyaqo, Çili)

Noyabr

  • 10 Noyabr — 2 Dekabr — 2023 FİFA U-17 Dünya Kuboku (Peru)
  • 11 Noyabr — 2023 Polşa Parlament seçkiləri

Dekabr

  • 15 Dekabr — 2023 İspaniya Ümumi seçkiləri

Tarixi məlum deyil

  • Fevral — 2023 Banqladeş Prezident seçkiləri
  • Aprel — Voyacer 2-nin Yerdən ikinci ən uzaq kosmik gəmi olaraq Pioner 10-u keçəcəyi proqnozlaşdırılır
  • İyul — 2023 Yunanıstan Parlament seçkiləri
  • Avqust — Afrika Super Liqası
  • Oktyabr
    • 2023 Pakistan Ümumi seçkiləri
    • 2023 Argentina Ümumi seçkiləri
  • Bolqarıstanın Şengen zonasına qoşulması gözlənilir
  • 2023 Zimbabve Ümumi seçkiləri
  • Türkiyənin ilk yerli və milli peyki olan Türksat 6A-nın SpaceX ilə əməkdaşlıq çərçivəsində kosmosa göndərilməsi planlaşdırılır
  • 2023 Liviya Parlament seçkiləri
  • Hindistanın Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılır
  • 2023 Sudan Ümumi seçkiləri
  • 2023 AFK Asiya Kuboku (Qətər)

Doğumlar

Vəfatlar

Yanvar

  Əsas məqalə: 2023-cü il yanvar ayında vəfat edənlər
 
II Konstantin
 
Cina Lollobricida
  • 2 Yanvar — Ken Blok, amerikalı ralli sürücüsü (d. 1967)
  • 3 Yanvar — Əbdülsəlam əl-Məcali, İordaniya Baş naziri (29-cu) (d. 1925)
  • 4 Yanvar — Rozi Mittermayer, alman xizəkçi, Olimpiya çempionu (d. 1950)
  • 6 Yanvar
    • Canluka Vialli, italyan futbolçu, məşqçi (d. 1964)
    • Dik Savitt, amerikalı tennisçi (d. 1927)
  • 9 Yanvar — Karl Aleksandr Müller, isveçrəli fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1927)
  • 10 Yanvar
    • II Konstantin, Yunanıstan kralı (sonuncu) (d. 1940)
    • Ceff Bek, ingilis gitaraçı (d. 1944)
    • Corc Pell, avstraliyalı kardinal (d. 1941)
  • 11 Yanvar — Murtaza Rəhimov, Başqırdıstan Prezidenti (1-ci) (d. 1934)
  • 12 Yanvar — Burhan Çaçan, türk müğənni (d. 1960)
  • 13 Yanvar — Klas Lestander, isveçli biatlonçu, Olimliya çempionu (d. 1931)
  • 14 Yanvar — İnna Çurikova, rus aktrisa (d. 1943)
  • 15 Yanvar — Vaxtanq Kikabidze, gürcü müğənni, aktyor (d. 1938)
  • 16 Yanvar
    • Vladas Çesünas, litvalı kanoeçi, Olimpiya çempionu (d. 1940)
    • Cina Lollobricida, italyan aktrisa (d. 1927)
  • 17 Yanvar — Lüsil Randon, fransız uzunömürlü (d. 1904)
  • 18 Yanvar — Devid Krosbi, amerikalı musiqiçi (d. 1941)
  • 22 Yanvar — Hüseyn Şəhabi, iranlı kinorejissor, ssenarist (d. 1967)

Həmçinin bax

  • XXI əsr
  • 2020-ci illər
  • 2023-cü ildə Azərbaycan
Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=2023&oldid=6854795"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com