5-20 yanvar - Filippində ikinci xalq inqilabının baş verməsi. Cozef Estradanın hakimiyyətdən devrilməsi.
15 yanvar - Onlayn ensiklopediya olan Vikipediyanın fəaliyyətə başlaması.
22 yanvar - Makedoniyada müharibənin başlanması. (12 noyabr 2001-ci ilədək davam etmişdir).
26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
28 aprel - Uçuş heyəti T.A.Musabayevdən, Y.M.Baturindən və ilk kosmik turist Dennis Titodan (ABŞ) ibarət Soyuz TM-32 kosmik gəmisinin kosmosa buraxılması.
7 oktyabr - ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması.
27 noyabr - Hubble teleskopu vasitəsilə ilk dəfə Günəş sistemindən kənarda atmosferin aşkar edilməsi.
17 yanvar - Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edilməsi.
16 fevral - Azərbaycan Respublikasının BMT-nin “Təhlükəli (radioaktiv) tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na (1989-cu il martın 22-də qəbul olunub) qoşulması.
17 iyul - ABA televiziya şirkətinin fəaliyyətini dayandırması.
1 avqust - Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələrin, dövlət və qeyri-dövlət qurumlarının, Azərbaycan dilində olan bütün nəşrlərin latın qrafikalı əlifbaya keçməsi.