1989-cu il siyasət tarixində dönüş nöqtəsi hesab olunur; belə ki, Polşa və Macarıstanda başlayan, noyabrda Berlin divarının açılması və Çexoslovakiyada Məxməri inqilabla zirvəyə çatan, dekabrda Rumıniyada kommunist diktaturasının devrilməsini də əhatə edən və 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə başa çatan inqilablar dalğası güc bölgüsü təcrübəsi ilə Avropadakı Şərq blokunu "silib-süpürdü". Qeyd edilən hadisələr tarixdə 1989-cu il inqilabları adı ilə tanınır. Kommunist hökumətlərə qarşı yönəlmiş inqilabların Şərqi Avropada əsas etibarilə uğurla nəticələndiyi həmin dövrdə kommunist Çinində etirazlar yatırılırdı. Belə etirazlardan ən məşhuru PekindəkiTyananmen meydanı etirazları idi.
Bu, həmin il idi ki, iyirmi ildən çox Braziliyanı idarə edən hərbi diktatura rejiminin 1985-ci ildə başa çatması ilə 29 ildən sonra ilk dəfə Braziliyada prezident seçkiləri keçirilirdi; bu da demokratiyanın yenidən qurulması prosesinin son nöqtəsi oldu.
Keqvortda qəzaya uğrayan Boeing 737 təyyarəsinin qalıqları
Corc V. Buşun inaqurasiyasından görüntü. Mərasimdə həmçinin vitse-prezident Den Kueyl, Ağ Evin sözçüsü Cim Vrayt və senatorlar Bob Doul, Ted Stivens də iştirak edir.
Vyanada görüşən 35 Avropa dövləti insan hüquqlarını möhkəmləndirmək və Şərq-Qərb ticarətini inkişaf etdirmək barədə razılığa gəlirlər.
"Palax həftəsi": Praqada demokratiya tərəfdarı olan nümayiş polisin hücumuna məruz qalır.[5]
17 yanvar — Klivlend orta məktəbinə silahlı hücum: Patrik Edvard Pördi beş uşağı qətlə yetirir, otuz nəfəri yaralayır və daha sonra Stoktonda özünü güllələyir.
23-24 yanvar — Silahlanmış mülki solçular qısa müddət ərzində Buenos-Ayres yaxınlığında Argentina ordusunun bazasına hücum edir və ələ keçirirlər.
24 yanvar — Floridada gənc qadınların qatili Ted Bandi elektrik stulunda edam olunur.
30 yanvar — Kanadanın baş naziriBrayan Malruni altı yeni nazir təyin etməklə və digər on doqquz nazirin səlahiyyətlərini yenidən müəyyənləşdirməklə kabinetin tərkibini dəyişir.
Fevral
Sovet hərbçiləri Əfqanıstandan çıxmazdan öncə şəkil çəkdirirlər.
"Union Carbide" şirkəti 1984-cü ildə 3700-dən çox şəxsin ölümü ilə nəticələnən Bhopal fəlakəti zamanı dəymiş zərərə görə Hindistan hökumətinə 470,000,000 dollar ödəməyə razılaşır.
16 fevral — Lokkerbi faciəsi: Təhqiqatçılar 1988-ci ildə baş vermiş bu qəzaya radio-kaset pleyerin içərisində gizlədilmiş bombanın səbəb olduğunu açıqlayırlar.
United Airlines Flight 811-ə məxsus Boeing 747 təyyarəsi Honolulu Beynəlxalq Hava Limanından ayrıldıqdan sonra nəzarətsiz dekompressiyaya məruz qalır; nəticədə doqquz sərnişin həlak olur.
24 mart — Alyaska ştatının cənubunda yerləşən Şahzadə Vilhelm boğazında "Exxon Valdez" şirkətinə məxsus neft tankerinin qəzaya uğraması nəticəsində ərazi 240,000 barel (38,000 m3) neftlə çirklənir.
4 aprel — Haiti prezidenti Prosper Avrilə qarşı uğursuz çevriliş cəhdi, hökumətin ölkəyə nəzarəti bərpa etməsi ilə birlikdə üsyançı birliklər və hökumət arasında 10 aprel tarixində bitən qarşıdurmaya səbəb olur.
Qanlı bazar günü: Sovet OrdusuTbilisinin mərkəzi meydanında dinc yürüş keçirən Gürcüstan nümayişçilərinə divan tutur; 20 nəfər qətlə yetirilir, əksəriyyət yaralanır. Bu hadisə ölkədə növbəti etirazlara səbəb olur.
Otlaq sahələrindən istifadə hüququ ilə bağlı mübahisə Mavritaniya-Seneqal Sərhəd müharibəsinin başlamasına gətirib çıxarır.
17 aprel — Polşada Solidarnostun fəaliyyəti yenidən rəsmiləşdirilir və 4 iyun seçkilərində iştirakına icazə verilir.
20 aprel — NATO-da qısa mənzilli raketlərin müasirləşdirilməsi ilə bağlı mübahisə: ABŞ və Birləşmiş Krallıq tərəfdar olsalar da, Qərbi Almaniya kansleri Helmut Kol qərarın təxirə salınmasına nail olur.
Bank sistemini rəqəmsallaşdıran SSRİ özünün ilk Visa kartını buraxır.[10]
1 may — Fevral ayında baş verən hərbi çevriliş zamanı hakimiyyəti ələ keçirən və özünü Paraqvay prezidenti elan edən Andres Rodriges saxtakarlıqla seçkilərdə əzici qələbə qazanır.
2 may — Dəmir pərdədə ilk çat: Macarıstan Avstriya ilə sərhəd boyunca 240 kilometr (150 mil) tikanlı məftili sökür.
4 may — Oliver Nortİran-Kontras qalmaqalı ilə əlaqədar ittiham olunaraq ABŞ-da məhkum edilir. Toxunulmazlıq məsələsinin qaldırılması ilə edilən apelyasiya şikayəti nəticəsində 1991-ci ildə ona qarşı qaldırılan ittiham rədd olunur.
10 may — Panama prezidenti Manuel Noryeqanın hökuməti Noryeqanın Gilermo Endaraya məğlub olduğu 7 may prezident seçkilərinin nəticələrinin etibarsız olduğunu elan edir.
17 may — Tyananmen meydanı etirazları: 1 milyondan çox Çinli etirazçı daha böyük demokratiya tələbi ilə Pekində yürüş edərək daha bir təzyiqə səbəb olurlar.
NATO Avropada qısa mənzilli nüvə silahlarının sayının azaldılmasına dair SSRİ ilə danışıqlar aparmağa razılaşır.
Medellin Kartelinin üzvləri tərəfindən KolumbiyanınBoqota şəhərində Kolumbiya Təhlükəsizlik Xidmətinin rəhbəri Migel Maza Markesə sui-qəsd cəhdi həyata keçirilir. Nəticədə dörd nəfər qətlə yetirilir və 37 nəfər yaralanır.
İmre Nad yüz minlərlə insanın iştirakı ilə Qəhrəmanlar meydanında təntənəli şəkildə dəfn olunur (16 iyun, 1989). Tədbirdə çıxış edənlərdən biri də demokratik seçkilərin keçirilməsi və Sovet qoşunlarının Macarıstandan çıxarılması tələbi ilə kəskin nitq söyləyən Viktor Orban idi.
Tyananmen meydanı etirazları: Pekində ordunun meydana yaxınlaşması ilə qarşıdurma baş verir və meydandakı son qarşıdurma televiziya ilə canlı olaraq işıqlandırılır.
5 iyun — Tyananmen meydanı etirazları: "Tank Adam" adı ilə bilinən naməlum Çinli etirazçı Pekindəki Çanqan prospektində hərbi tank sırasının qarşısında duraraq onları müvəqqəti dayandırır. Qərb fotoqraflarının çəkdikləri şəkillərlə bu hadisə beynəlxalq səviyyədə ikonik status qazanır.
10 iyul — Təxminən 300,000 Sibir kömür mədənçisi daha yaxşı yaşayış şəraiti və daha az bürokratiya tələbi ilə tətilə çıxır; bu, 1920-ci illərdən bəri baş verən ən böyük Sovet işçi tətili idi.
Yaponiya Müşavirlər Palatasına seçkilər: Yaponiyada iqtidarda olan Liberal Demokratik Partiya (LDP) 34 ildə ən pis seçki dövrü keçirərək Yaponiya parlamentinin Müşavirlər Palatasına nəzarəti itirir. Bu hadisə baş nazir Unonun seçkinin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək istefa edəcəyini açıqlamasına gətirib çıxarır.
Litvada Baltik yolu. Zəncirdə dayanan insanlar yaşadıqları vəziyyətlə bağlı narazılıqlarını ifadə etmək məqsədilə əllərində şam və qara lent bağlanmış Litva bayraqları tuturlar.
Avqust — Rusiyada enerji istehsalı və satışı ilə məşğul olan Qazprom şirkəti SSRİ Qaz Sənayesi Nazirliyindən ayrılaraq dövlət müəssisəsi olur.[16]
5 avqust — Xayme Pas Samora Boliviya prezidenti seçilir və növbəti gün səlahiyyətlərinin icrasına başlayır.
7 avqust — Beş Mərkəzi Amerika ölkəsinin prezidenti Nikaraqua hökumətinə qarşı vuruşan, ABŞ-ın da dəstəklədiyi kontrasın dağıdılması və dekabrın 5-dək Hondurasdakı bazalarından çıxarılması barədə razılığa gəlirlər.
Polşa prezidenti Voyçex Yaruzelski Solidarnostun fəallarından Tadeuş Mazovetskinibaş nazir vəzifəsinə namizəd göstərir; bununla da 42 ildə ilk dəfə qeyri-kommunist bu vəzifəni icra etməyə başlayır.
Avstriya-Macarıstan sərhədində sülh nümayişi olan Pan-Avropa pikniki keçirilir.
19—21 avqust — Hakim, əyalət polis rəisi və prezidentliyə namizəd Qalanın öldürülməsinə cavab olaraq Kolumbiyanın səlahiyyətli orqanları Kolumbiyada narkotik ticarəti ilə məşğul olan 11 000 şübhəli şəxsi həbs edirlər.
10 sentyabr — Macarıstan hökuməti ölkənin (Avstriya ilə) qərb sərhədini Şərqi Almaniya qaçqınlarına açır.
10-11 sentyabr — İqtidarda olan Norveç Fəhlə Partiyası 1945-ci ildən bəri ən pis nəticəsini göstərərək parlament seçkilərində səkkiz yer itirir.
14 sentyabr — Leninqradda sədrlər Lev Kojkolaynen və Siqbyorn Eriksen Leninqrad vilayəti (SSRİ) və Nurlann vilayəti (Norveç) arasında bağlanan əməkdaşlıq sazişinə imza atırlar.
20 sentyabr — Frederik Villem de Klerk Cənubi Afrikanın yeddinci və sonuncu dövlət başçısı olaraq and içir. O, tezliklə Cənubi Afrikanın nüvə silahı proqramını dayandırmaq qərarına gəlir.[17][18]
Livan vətəndaş müharibəsində atəşkəsin əldə edilməsi mart ayından etibarən 900 nəfərin ölümü ilə müşayiət olunan zorakılıq aktlarının dayanmasına səbəb olur.
ADR-də kommunist rejiminə qarşı ilk kütləvi nümayiş Şərqi Almaniyanın Plauen şəhərində başlayır. Bu, sonralar bütün ADR-i əhatə edən, 1990-cı ildə Almaniyanın yenidən birləşməsi ilə nəticələnən kütləvi nümayişlərin başlanğıcı hesab olunur.
Şərqi Almaniyanın kommunist lideri Erix Honekker səhhətində olan bəzi problemlərdən sonra ölkə başçısı vəzifəsindən getməyə məcbur olur və onu bu vəzifədə Eqon Krens əvəz edir.
Şərqi və Qərbi Almaniya arasında gediş-gəlişə icazə verildikdən sonra sərhəd-keçid məntəqələrində xüsusi canlanma baş verir. Belə ki, 22 belə məntəqənin təkcə birində hər iki istiqamətdə dəqiqədə təxminən 200 nəfər müfəttişlərin sürətli nəzarəti ilə qarşılaşır.
Soyuq müharibə və Berlin divarının sökülməsi: Günter Şabovski təsadüfən canlı yayımda mətbuat konfransında Şərqi Almaniyadan Qərbi Almaniyaya səyahət üçün yeni qaydaların "dərhal" qüvvəyə minəcəyini bildirir. Həmin axşam Şərqi Almaniya Berlin divarında öz vətəndaşlarının onilliklər ərzində ilk dəfə olaraq Qərbi Almaniyaya sərbəst səyahət etmələrinə imkan verən keçid məntəqələri açır. İlk həftədə Şərqi Almaniya əhalisinin təxminən 25%-nə səyahət vizaları verilir (Almanlar 17 noyabr tarixini divarın sökülməsi kimi qeyd edirlər).
17 noyabr — Soyuq müharibə: Məxməri inqilab — ÇexoslovakiyanınPraqa şəhərində keçirilən dinc tələbə nümayişi çevik polis qüvvələri tərəfindən ağır şəkildə yatırılır. Bu hadisə kommunist hökumətini devirmək məqsədi daşıyan inqilaba səbəb olur: həmin inqilab isə 29 dekabrda uğur qazanır.
24 noyabr — Sərbəst seçkilər və digər islahatlar tələb edən və bir həftə davam edən nümayişlərdən sonra Baş katib Miloş Yakeş və Çexoslovakiya Kommunist Partiyasının digər liderləri istefa verir. Yakeşi vəzifədə Karel Urbanek əvəz edir.
Çexoslovakiya Kommunist Partiyası siyasi hakimiyyətdəki monopoliyadan imtina edəcəklərini elan edir (dekabr ayında keçirilən seçkilər nəticəsində qırx ildən sonra Çexoslovakiyada ilk qeyri-kommunist hökumət hakimiyyətə gəlir).
29 noyabr — Hindistan Milli Konqresi partiyası 1989-cu il parlament seçkilərində yerlərin təxminən yarısını itirdikdən sonra Raciv Qandi Hindistanın Baş naziri vəzifəsindən istefa edir.
30 noyabr — Deutsche Bank İdarə Heyətinin üzvü Alfred Herrhauzen Bad Homburqda bomba partlayışı nəticəsində öldürülür (Qırmızı Ordu Fraksiyası cinayətə görə məsuliyyəti öz üzərinə götürür).
Rumıniya inqilabı zamanı Buxarest şəhəri. Nikolae Çauşesku hökumətini devirən və 1989-cu ilin dekabr ayının sonlarında getdikcə şiddətlənən bir həftəlik üsyanlar və döyüşlər silsiləsi olan bu inqilab nəticəsində Rumıniya öz hökumətini zorakı şəkildə devirən və liderini edam edən yeganə Şərq bloku ölkəsi olur.
Just Cause əməliyyatında iştirak edən ABŞ əsgərləri Panama Müdafiə Qüvvələrinin qərargahını mühafizə edirlər.
Soyuq müharibə: Malta sammiti — Malta sahillərində 2 günlük görüşə yekun vuran ABŞ Prezidenti Corc H. V. Buş və Sovet lideri Mixail Qorbaçov dövlətləri arasında Soyuq müharibənin sona yaxınlaşa biləcəyini ifadə edən açıqlamalar verirlər. Qorbaçov 1968-ci ildə Varşava Paktının Çexoslovakiyaya hücumunu tənqid edir.
6 dekabr — Eqon Krens Almaniya Demokratik Respublikası Dövlət Şurasının sədri vəzifəsindən istefa edir və bu vəzifəni tutan ilk qeyri-kommunist Manfred Gerlax ilə əvəzlənir.
Tsaxia Elbeqdorj ikinci ən qədim kommunist ölkəni dinc yolla demokratik dövlətə çevirən Monqolustan demokratik hərəkatının qurulduğunu elan edir.
11 dekabr — Altı ölkəni təmsil edən altı tədqiqatçıdan ibarət Beynəlxalq Trans-Antarktida Ekspedisiyası Cənub qütbünə çatır.
14 dekabr — On altı ildən sonra özünün ilk müstəqil seçkilərini keçirən ÇiliPatrisio Eylvini prezident seçir. Bununla da ilk dəfə olaraq, Kuba istisna olmaqla, bütün İbero-Amerika ölkələri eyni vaxtda konstitusiyalı hökumətlərini seçirlər.
Timişoarada davam edən Rumıniya inqilabı zamanı qiyamçılar Rumıniya Kommunist Partiyası Rayon Komitəsinin yerləşdiyi binaya daxil olaraq böyük ziyan vururlar. Ordu çağırılsa da, vəziyyətə tam nəzarət edə bilmir.
Braziliyada 29 ildən sonra keçirilən ilk müstəqil seçkilərin ikinci mərhələsi baş tutur: Fernandu Kolor di Melu prezident seçilir və 1990-cı ildən səlahiyyətlərinin icrasına başlayır.
Fox-da Simpsonlar cizgi serialının ilk bölümü yayımlanır.
Rumıniya inqilabı: bir sıra şəhərlərdə işçilər kommunist rejiminə etiraz əlaməti olaraq tətil edirlər.
Qərbi Avstraliyada yetkinlik yaşına çatan şəxslər arasında onların razılığı ilə baş tutan homoseksual hərəkətlər sodomiyanın dekriminallaşdırılmasını nəzərdə tutan yeni islahatçı qanunla dekriminallaşdırılır.
21 dekabr — Nikolae Çauşesku Rumıniya Kommunist Partiyasının Buxarestdəki qərargahının həyətində toplaşan 110 minə yaxın adama müraciət edir. Görünməmiş bir şəkildə kütlənin əksəriyyəti ona qarşı çıxır.[22]
Bir həftə davam edən qanlı nümayişlərdən sonra, İon İliesku Rumıniya Prezidenti vəzifəsini icra etməyə başlayır və saray üsyançılar tərəfindən ələ keçirildikdən sonra sarayı vertolyotla tərk edən Nikolae Çauşeskununkommunistdiktaturasına son qoyulur. Ordunun böyük hissəsi Buxarestdəki üsyançılara qoşulur.