Fevral - ABŞ-da "Məşğulluq haqqında" qanunun qəbul edilməsi.
15 mart - SSRİ-də Stalin dövrünün ən böyük inzibati islahatı keçirildi: Yeni qəbul olunan qanuna əsasən SSRİ Xalq Komissarları Sovetinin SSRİ Nazirlər Soveti adlandırılması, xalq komissarları sistemi ləğv olundu, onun əvəzində nazirliklərin yaradılması.
18 mart - SSRİ ilə İsveç arasında diplomatik münasibətlərin bərpa edilməsi.
7 aprel — Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur.
May - ABŞ-da iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqəladə qanun qəbul edilməsi.
7 may - Tokioda Soni kompaniyasının əsasının qoyulması.
9 may - İtaliya kralı III Viktor Emmanuilin öz oğlu II Umbertonun xeyrinə taxtdan əl çəkməsi.
18 iyun - Referendumun nəticələrinə əsasən İtaliyanın respublika elan edilməsi.
23 iyun - Fransada Jorj Bidonun başçılığı ilə yeni müvəqqəti hökumətin təşkil olunması.
2 dekabr - ABŞ və Böyük Britaniya arasında Almaniyadakı öz işğal zonalarının birləşdirilməsinə dair sazış imzalanması. Bu sazişə əsasən Bizoniya yaradıldı.
18 avqust - Kamil Vəli Nərimanoğlu - tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri.
Vəfatlar
3 iyun - Kalinin Mixail İvanoviç - sovet dövlət və partiya xadimi.