Pulsuz Mobil Portal!

Əhməd Eyyub Türkaslan - Wikipedia

Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994[1][2], Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023[3], Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu.[4]

Əhməd Eyyub Türkaslan
türk. Ahmet Eyüp Türkaslan
Ümumi məlumatlar
Doğum tarixi 11 sentyabr 1994(1994-09-11)[1][2]
Doğum yeri
  • Yavuzeli[d], Qaziantep ili, Türkiyə
Vəfat tarixi təq. 7 fevral 2023(2023-02-07)[3] (28 yaşında)
Vəfat yeri
  • Malatya, Malatya ili, Türkiyə
Vətəndaşlığı
  •  Türkiyə
Boyu 189 sm
Mövqeyi qapıçı

Mündəricat

  • 1 Karyerası
  • 2 Şəxsi həyatı və vəfatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir.[5] Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir.

Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır.[6]

Şəxsi həyatı və vəfatı

Əhməd Eyyub Türkaslan evli olmuşdur.[7]

6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir.[8] Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir.[9] Dağıntılar altından xilas edilən həyat yoldaşı sosial şəbəkədə kömək istəmiş və əlavə etmişdir ki, ərazidə nə ekskavator, nə də kran yoxdur.[7] Onun cəsədi 7 fevral 2023-cü ildə çıxarılmışdır. Türkaslanın vəfat etdəndə 28 yaşı var idi.[10][11]

İstinadlar

  1. ↑ 1 2 http://www.tff.org/Default.aspx?pageId=30&kisiId=1051660.
  2. ↑ 1 2 Ahmet Eyüp Türkaslan // Transfermarkt (çd.). 2000.
  3. ↑ 1 2 https://www.cnnturk.com/spor/futbol/ahmet-eyup-turkaslan-kimdir-oldu-mu.
  4. ↑ "Ahmet Eyüp Türkaslan Player Profile - ESPN FC". www.espnfc.us. 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  5. ↑ "BEŞİKTAŞ A.Ş. OSMANLISPOR FUTBOL KULÜBÜ - Maç Detayları TFF". www.tff.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  6. ↑ "Yeni Malatyaspor, Ahmet Eyüp Türkaslan'ı transfer etti - Futbol Haberleri - Spor". Fanatik. 6 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2023.
  7. ↑ 1 2 "Futbolcu Ahmet Eyüp Türkaslan'ın eşi sosyal medyadan paylaştı: Burası çok kötü ne olur yardım edin". Cumhuriyet (Turkish). 7 February 2023. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2023.
  8. ↑ "Yeni Malatyaspor'un kalecisi Ahmet Eyüp Türkaslan depremde enkaz altında kaldı". Gazete Duvar (Turkish). 6 February 2023. 6 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2023.
  9. ↑ "Ahmet Eyüp Türkaslan'ın vefat haberine Yeni Malatyaspor'dan yalanlama! "Kurtarma çalışmaları sürüyor"". Akşam (Turkish). 6 February 2023. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2023.
  10. ↑ "Ahmet Eyüp Türkaslan hayatını kaybetti, acı haberi Yılmaz Vural duyurdu". Fanatik. 7 February 2023. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2023.
  11. ↑ "Yılmaz Vural yayında açıkladı: Ahmet Eyüp Türkaslan'ın cansız bedenine ulaşıldı". NTV Spor. 7 February 2023. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2023.

Xarici keçidlər

  • Əhməd Eyyub Türkaslan at the Turkish Football Federation
  • Soccerway.com saytında profili (ing.)
  • Əhməd Eyyub Türkaslan at Mackolick.com  (türk.)
Mənbə — "https://az.wikipedia.org/wikipedia/?axtar=Əhməd_Eyyub_Türkaslan&oldid=6883577"
Reklam
© AYSBERQ.COM
info@aysberq.com